Bu restoran İsa Həbibbəyliyə məxsus imiş   - ÜZƏ ÇIXDI

saytların hazırlanması

Evə çatdırılma

Bu restoran İsa Həbibbəyliyə məxsus imiş - ÜZƏ ÇIXDI

Siyasət

20 Yanvar 2026 20:26 13972


"Bu şəxsi çoxu tanıyır. Elmlər Akademiyasının başında duran akademik İsa Həbibbəylidir. Nəqliyyat Nazirliyinin yanında "Karvan" restoranı var. Həmin restoran da bu kişinindir".

"Yeni Sabah" xəbər verir ki, bunu Respublika Prokurorluğunun sabiq baş müstəntiqi Müşviq Abbasov sosial şəbəkə hesabında paylaşıb. 

"2015-ci ildə həmin restoranda ofisant işləyən bir cavan oğlanı çılçırağı təmizləmək üçün tavana qaldırmışdılar. Oğlan ordan yıxılmışdı və beli qırılmışdı. Buna görə İsa Həbibbəylinin qardaşını məhkəmə məsuliyyətinə verdim. Zərərçəkmiş şəxs müalicə üçün Həbibbəylilərin ona yardım etmədiyini dəfələrlə bildirirdi. Həmin zaman İsa müəllim Elmlər Akademiyasının vitseprezidenti idi. Elmin zirvəsində olan bir şəxsin cavan oğlana maddi və mənəvi yardım göstərməməsi çox təəcüb doğururdu. Bu gün İsa bəy Elmlər Akademiyasının prezidentidir. Prezident İlham Əliyevdən fərqli olaraq çətirini saxlayan da var. Əsas odur ki, Ramiz Mehdiyevin şəklini Akademiyanın şərəf lövhəsindən götürüb və bununla da əsas işini görmüş hesab edir. Elm+vəzifə=Azərbaycan məmuru" - o əlavə edib.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vüqar
    Bu gün İsa Həbibbəyli kimi Azərbaycan Elmlər Akademiyasının rəhbəri olan təsadüfi adamın yüksək vəzifədə olması Azərbaycan elminə təhqir deməkdir.Bu dırnaqarası alimin oğlunun gömrükdə işləyən oğlunun adıda korrupsiya qalmaqalanda hallanıbdır.Qəribəsidə odur ki, çıxışlarındada görünür ki,bu şəxs ümimiyyətlə normal danışa bilmir,hozu adamdır.Qısası bu özündən razı və şəxsi çətirtutanı olan *düha* elmin üzqarasıdır.....
    4 months ago