“Bu, Senatın sadə və uğursuz bir rəyidir ki...” - Fransa parlamentinin fəxri üzvü
28 Noy 2020 09:17
1223

“Bu, Senatın sadə və uğursuz bir rəyidir ki...” - Fransa parlamentinin fəxri üzvü

"Senat Dağlıq Qarabağ haqqında Fransanın heç bir halda mövqeyi ilə üst-üstə düşməyən və bundan başqa, beynəlxalq hüquq pozuntusu kimi xarakterizə olunan bir qətnamə qəbul edərək, öz müxtəlifliyini göstərdi".

Yenisabah.az xəbər verir ki, Azərbaycanın Dostları Assosiasiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, bunu Fransada Azərbaycanın Dostları Assosiasiyasının rəhbəri, Fransa Parlamentinin fəxri üzvü Jan-Fransua Mansel bildirib.

Assosiasiya rəhbəri qeyd edib ki, bu səhv addım, şübhəsiz olaraq, böyük fransız-erməni lobbisinin təsiri ilə mövzu haqqında fikir qarışıqlıqları yaratmaq cəhdidir:

"Fransa hökuməti isə beynəlxalq hüquqa hörmət prinsipi əsasında Azərbaycanın dünya birliyi tərəfindən təsdiqlənmiş ərazi bütövlüyü haqqında öz mövqeyini əsaslı olaraq bir daha xatırlatdı.

Beləliklə bu, Senatın sadə və uğursuz bir rəyidir ki, bu rəy vasitəsilə Milli Assambleya özünü göstərmək üçün əlindən gələni etdi".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər