Bu şəxslər dəmir yolu ilə ödənişsiz daşınacaq -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər dəmir yolu ilə ödənişsiz daşınacaq - RƏSMİ

Sosial

08 İyun 2021 14:46 1098


Futbol üzrə Avropa çempionatına akkreditasiyadan keçmiş şəxslərin Abşeron dairəvi dəmir yolu ilə ödənişsiz daşınmasına başlanılıb.

Bu barədə Yenisabah.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Bu, akkreditasiyadan keçmiş şəxslərin çempionat müddətində oyunlara hazırlıq mərhələləri və oyun günlərində nəqliyyata olan tələbatlarını qarşılamaq məqsədi daşıyır. Dördpendirli pizza

Akkreditasiyadan keçməni təsdiq edən sənədi olan hər bir şəxs 5 iyul 2021-ci il tarixinədək elektrik qatarları ilə ödənişsiz hərəkət imkanına malikdir.

Qeyd edək ki, Bakı Avropa çempionatının üç qrup oyununa və 1/4 final mərhələsinin bir qarşılaşmasına ev sahibliyi edəcək. Bakıdakı oyunlar 12,16,20 iyun və 3 iyul tarixlərində keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!