Bu şəxslər əsgərliyə çağırılır - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər əsgərliyə çağırılır - AÇIQLAMA

Sosial

12 May 2025 11:00 9708


Son dövrlərdə sosial mediada xarici vətəndaşlıq qəbul etmiş şəxslərin Azərbaycanda hərbi xidmətə çağırılıb-çağırılmaması ilə bağlı müzakirələr aparılır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məsələyə münasibət bildirib.

Qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşının hərbi vəzifənin icrası və hərbi xidmətkeçmə məsələsinin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinin tələblərinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar./Modern.az pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!