Bu şəxslər pullarını geri ala biləcək – tibbi xidmətlə bağlı   YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər pullarını geri ala biləcək – tibbi xidmətlə bağlı YENİLİK

İqtisadiyyat

31 Avqust 2026 11:08 82


Azərbaycan ərazisində tibb müəssisələrindən xidmət alan əcnəbilərə ödənilmiş ƏDV müəyyən şərtlərlə geri qaytarılır.

"Yeni Sabah " xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması müvafiq qaydalar əsasında həyata keçirilir.

Qeyd olunub ki, əcnəbilərə göstərilən tibbi xidmətlərə görə ƏDV yalnız nağdsız ödənişlər üzrə geri qaytarılır. Sezar pizza

Məlumata əsasən, əcnəbi şəxsin Azərbaycanda tibb müəssisələrindən aldığı tibbi xidmətlərə görə nağdsız şəkildə ödədiyi ƏDV ölkə ərazisini tərk edərkən “Tax Free” rejimində geri qaytarılır.

Bunun üçün qaydaların tələblərinə əməl olunması zəruridir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!