Bu şəxslərə imtahan ödənişlərində güzəşt ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə imtahan ödənişlərində güzəşt ediləcək

Sosial

02 Avqust 2022 20:18 970


Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-2024-cü illərdə həyata keçirilən tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə görə Tarif (qiymət) Şurasının təsdiq etdiyi tariflərin ödəyiciləri olan və xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikasının vətəndaşları üçün aşağıdakı güzəştlər edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üzrə 10 manat, orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üzrə 20 manat, Azərbaycan dili (dövlət dili kimi) üzrə test imtahanı üzrə 20 manat, orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu ilə bağlı test imtahanı üzrə 25 manat, orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu ilə bağlı test imtahanı, ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı (I mərhələ) üzrə 25 manat, ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı (II mərhələ) üzrə 10 manat, orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul imtahanları çərçivəsində keçirilən əlavə fənn (fənlər) üzrə test imtahanı üzrə 20 manat müəyyən edilir. Dominos pizza

Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!