Bu şəxslərə işsiz statusu verilmir - Nazirlikdən açıqlama
04 İyl 2020 19:30
779

Bu şəxslərə işsiz statusu verilmir - Nazirlikdən açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara işsiz statusunun verilmədiyi halları açıqlayıb.

Yenisabah.az xəbər verir ki, məşğul şəxslərə aid edilənlər və 15 yaşına çatmayan şəxslər işsiz kimi qeydiyyata alınmır. Bundan başqa, ali və orta ixtisas təhsil müəssisəsində əyani təhsil alanlar, yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslərə də bu status verilmir.

Göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslər isə 6 ay müddətinə işsiz kimi qeydiyyata alınmırlar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər