Bu şəxslərə verilən sənədlər saxta çıxdı -   Vətəndaşları belə aldadıblar...

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə verilən sənədlər saxta çıxdı - Vətəndaşları belə aldadıblar...

Sosial

02 Sentyabr 2026 15:51 43


DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində MİDA-nın adından saxta güzəştli mənzil müqavilələri hazırlayaraq vətəndaşları aldadan 2 nəfər saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, araşdırma zamanı şəxslərin müxtəlif süni intellekt proqramlarından istifadə etməklə saxta elektron alqı-satqı və ipoteka müqavilələri hazırladıqları müəyyənləşib.

Onlar vətəndaşlara güzəştli mənzilləri növbədənkənar əldə edə biləcəkləri barədə yalan vədlər verərək hər birindən 1000–9000 manat arasında pul alıblar. Toyuqlu pizza

Əməliyyat tədbirləri zamanı 472 ədəd saxta müqavilə aşkarlanaraq maddi sübut kimi götürülüb.

DİN vətəndaşları güzəştli mənzillərlə bağlı yalnız rəsmi elektron xidmətlərdən istifadə etməyə çağırıb.

Bildirilib ki, “növbədənkənar mənzil”, “tanışlıqla üstünlük” və “prosesi sürətləndirmək” kimi vədlərə inanmaq olmaz. Şübhəli təkliflə qarşılaşan şəxslər dərhal polisə məlumat verməlidirlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!