2026–2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi ilə əlaqədar növbəyə yazılma prosesi müvəqqəti dayandırılacaq.
“Yeni Sabah” xəbər verir ki, 5 avqust 2026-cı il tarixindən etibarən məktəbəqədər təhsil müəssisələrində yeni növbələrin yaradılması müvəqqəti olaraq dayandırılır.
Bildirilib ki, qrupların komplektləşdirilməsi başa çatdıqdan sonra boş qalan yerlər üzrə qəbul il ərzində davam etdiriləcək. Marqarita pizza
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi "mygov" portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
Aytac Əliyeva
Telegram kanalımız