Bu şəxslərin pensiyası övladına veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərin pensiyası övladına veriləcək

Sosial

25 Mart 2026 15:29 22090


Hər iki valideynini itirmiş şəxslərlə bağlı pensiya məsələsi tez-tez verilən suallardandır.

Qanunvericiliyə əsasən, belə şəxslərə valideynlərinin hər ikisinin əmək pensiyası eyni vaxtda təyin edilmir. Valideynlərin sosial sığorta stajı və fərdi hesablarında toplanmış pensiya kapitalı hesablanır və nəticədə yalnız bir pensiya – məbləği daha yüksək olan valideynin pensiyası təyin edilir.

Yəni, şəxs həm atasının, həm də anasının pensiyasını ayrıca-alrı ala bilməz. Hesablama zamanı hər iki valideynin iş stajı, əməkhaqqı və yığılan pensiya kapitalı nəzərə alınır, daha yüksək məbləğ hansıdırsa, həmin pensiya təyin olunur və şəxs o pensiyanı alır. Sezar pizza

Əlavə olaraq, qeyd etmək lazımdır ki, hər iki valideynini itirmiş şəxslər adətən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ ilə təmin olunurlar. Bu pensiya hüququ uşağın 18 yaşına qədər, əgər əyani təhsil alırsa 23 yaşına qədər, əlilliyi varsa əlillik müddəti ərzində ödənilə bilər. Pensiya almaq üçün isə vəfat edən valideynlərin rəsmi iş stajının və sosial sığorta ödənişlərinin olması əsas şərtlərdən biridir.

Pensiya təyin olunması üçün müraciət şəxsiyyət vəsiqəsi, valideynlərin ölüm haqqında şəhadətnaməsi, doğum haqqında şəhadətnamə və təhsil alırsa təhsil haqqında arayışla birlikdə Dövlət Sosial Müdafiə Fonduna edilir. Pensiya məbləği isə valideynlərin topladığı pensiya kapitalına uyğun olaraq hesablanır. /NOCOMMENT.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!