Bu tarixdə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək 

saytların hazırlanması

Evə çatdırılma

Bu tarixdə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək 

Sosial

14 Fevral 2023 10:39 636


Dövlət İmtahan Mərkəzi tərəfindən 12 mart 2023-cü il tarixində inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək. 

DİM-dən Yenisabah.az-a verilən xəbərə görə, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı bu gün saat 11:00-dan 9 mart saat 11:00-dək aparılacaq. 

İmtahan kompüter vasitəsilə keçiriləcək. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metro stansiyasının yanı).  Pepperoni pizza

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!