Bu tarixdə güclü maqnit qasırğası gözlənilir   - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Bu tarixdə güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Sosial

02 Yanvar 2023 11:54 1071


Bu il güclü maqnit qasırğasının olacağı tarix açıqlanıb.

Yenisabah.az xəbər verir ki, yanvarın 3-ü zəif maqnit qasırğası gözlənilir. Daha sonra yanvarın 4-də günəş aktivliyi bir qədər də artacaq. Güclü qasırğa isə yanvarın 7-də proqnozlaşdırılır.

Qeyd edək ki, maqnit qasırğaları insanlara müxtəlif yollarla təsir edir. Meteohəssas insanlar, yaşlılar və xroniki xəstəliklərin sahibləri onun təsirinə ən çox həssasdırlar. Pepperoni pizza

Qasırğanın ən çox görülən əlamətləri bunlardır: baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq.

Belə günlərdə daha çox su içmək, həmçinin bitki çaylarından istifadə, siqaret, qəhvə, spirt və enerji içkilərindən imtina etmək, tez-tez açıq havada olmaq, az yağlı qidalar yemək, gündə azı 7 saat yatmaq tövsiyə edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!