“Bu telekanallar nə qanunu, nə də etikanı saymır, onların öz “norma”ları var” 

saytların hazırlanması

Evə çatdırılma

“Bu telekanallar nə qanunu, nə də etikanı saymır, onların öz “norma”ları var” 

Sosial

23 Fevral 2023 14:17 3000


Xəbər verdiyimiz kimi, Audiovizual Şura ötən gün Tolikin verilişinə görə “MTV”yə xəbərdarlıq edib. Buna səbəb  “Ümid ilə gəl” proqramında məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların səslənməsi olub.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan media üzrə ekspert, hüquqşünas Ələsgər Əhmədoğlu bildirib ki, insanlar bəzən məhkəməyə etibar etmədiyi üçün problemin həlli ilə bağlı birbaşa efirlərə üz tuturlar:

“İnsanların məhkəmədən öncə televiziyalara müraciət etməsi məhkəmələrə və istintaq orqanlarına olan güvənsizliklə bağlıdır.  Toyuqlu pizza

Çünki hamı bilir ki, Azərbaycanda təəssüf ki, məhkəmələr heç də hər zaman ədalət dağıtmır. O cümlədən, istintaq və hüquq-mühafizə orqanları hər zaman qanunvericiliyə uyğun yox, bəzən qurama işlərlə məşğul olurlar. 

Bunu biz xüsusən Tərtər hadisəsinin ortaya çıxdığı zaman, ondan öncəki hadisələrdə də görmüşük. O cümlədən fərdi şəkildə hansısa ictimai fikrə qatılanların dərhal cibindən narkotik "tapıldığının", aksiyalara qatılanların "polisə müqavimət göstərdiyinin", "xuliqanlıq"la məşğul olduğunun ortaya çıxdığını, məhkəməyə çıxarılıb dərhal həbsə göndərildiyinin şahidi olmuşuq. 

Buna görə, insanlar məhkəmələrə etibar etmir. Məhz bu səbəbdən insanlar problemi ictimailəşdirərək çözəcəklərini, yaxud toxunulmazlıq immuniteti yaranacağını düşünürlər. Bu baxımdan olar televiziyalara çıxaraq ədaləti sığortalamağa çalışırlar. Fikirləşirlər ki, ictimai qınaq olarsa, daha ədalətli qərar çıxarılar”.

Hüquqşünasın sözlərinə görə, bu gün telekanallar media qanunlarını, Konstitusiyada nəzərdə tutulan bəzi qanunları heçə sayırlar:

“Nə media qanununa, nə də jurnalistlərin etik qaydalarına əməl edilmir. Bu qayda- qanunlar "toxunulmazlığı" olan media qurumlarının - televiziyaların uyacağı qayda deyil. Onların öz "norma"ları var. Nə qanunu, nə etikanı saymır... 

Qanunlar yalnız acizlərə, gücsüzlərə və yuxarıdan təlimat gəlməyənərə aid olur. Ona görə də, təəssüf ki, bəzən telekanallarda gedən müzakirələrdə prezumsiya hüququ çox ciddi şəkildə pozulur. Qanunun 163-cü maddəsinə əsasən, məhkəmə qərarı olmadan hansısa şəxsin təqsirli kimi təqdim olunması qadağan edilir. 

Amma bəzən telekanallar açıq formada, məhkəmə qərarı olmadan insanları ittiham edirlər, hətta şəxsləri şübhəli şəxs kimi yox, birbaşa cinayətkar kimi göstərirlər. Əlbəttə ki, fakt olmadan efirdən bu cür ifadələr səsləndirmək doğru deyil. 

Efirdə kiməsə cinayətkar demək nə media qanunvericiliyinə, Konstitusiyaya sığmır. Təəssüflər olsun ki, praktikada demək olar ki, hər gün bu cür hallarla rastlaşırıq.  Hətta Baş Prokurorluğun yaydığı bəzi məlumatlar standartlardan kənardır”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!