Bu universitetdə müəllimlər 1369 manat maaş alır

Bu universitetdə müəllimlər 1369 manat maaş alır

Sosial

25 Yanvar 2023 16:37 621


2013-2014-cü ildə 613 manat olan orta aylıq əməkhaqqı 2022-ci ilinin yekununda 1182 manat təşkil edib. Beləliklə, artım 1,92 dəfə olub. 

Yenisabah.az xəbər verir ki, bunu UNEC-in rektoru, professor Ədalət Muradov universitetin fəaliyyəti ilə hesabat tədbirində deyib. 

Onun sözlərinə görə, pedoqoji heyət üzrə 2013-2014-cü ildə 695 manat olan orta aylıq əmək haqqı 2022-ci ildə 1369 manata yüksəlib. 

"Universitetdə inzibati və xidmətedici heyət üzrə orta aylıq əməkhaqqı 2013-2014-cü ildə 495 manat olub. 2022-ci ilin sonunda isə məbləğ 2 dəfə artaraq 1003 manat olub", - rektor çıxışında vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!