Azərbaycanda yaxın qohumlar arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur. Sözügedən qanun layihəsinin ictimailəşməsi müzakirələrə səbəb olub.
Yenisabah.az xəbər verir ki, Xalq artisti Faiq Ağayev bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Sənətçi yeni qadağanın vətəndaş nikahlarının sayında artıma səbəb olacağını bildirərək, dolayı yolla qanun layihəsinə etiraz edib:
"Ürəyinizə heyran, necə də safsınız. Yaxın qohumların evliliyinə qadağa qoyulmasına elə də sevinirsiniz ki... Bir fikirləşən olubmu nəticəsi nə olacaq? "Şüvənist"lərin lənətlədiyi vətəndaş nikahlarının (qeydiyyatsız ailələr) sayı artacaq. "Yuxarı baxırsan - bığ, aşağı baxırsan - saqqal" məsələsi..." Dördpendirli pizza
Telegram kanalımız