Bu vətəndaşların qazı kəsiləcək   - Xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Bu vətəndaşların qazı kəsiləcək - Xəbərdarlıq

Sosial

09 Sentyabr 2022 12:29 1023


“Bir ay müddətində “Azəriqaz” İstehsalat Birliyi ilə müqavilə bağlamayan vətəndaşların qaz təchizatı dayandırılacaq”.

Yenisabah.az-ın məlumatına görə, bunu birliyin Qəza Çağrı Xidməti Şöbəsinin rəisi Xalidə Şimşək bildirib.

X.Şimşək deyib ki, avqustda çağrı mərkəzinə 47 min zəng daxil olub: “Onun 11 faizi qaz təchizatının dayandırılması barədə bildiriş almayan abonentlərdir. Onlar bununla bağlı narazılıqlarını bildiriblər. Elə vətəndaşlar var ki, bazada mobil nömrələri belə yoxdur. Müqavilənin bağlanması ilə bu kimi problemlər aradan qaldırılacaq”. pizza hut

“Artıq vətəndaşlara mesaj göndərilir ki, müqavilələrini yeniləsinlər və ya yenisini bağlasınlar. Bir ay müddətinə müqavilə bağlamayan vətəndaşların qaz təchizatı dayandırılacaq”, - deyə o əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!