Payız bazarında meyvə və tərəvəz bolluğu qiymətlərə təsir edib. Bir sıra mövsümi məhsullar ucuzlaşsa da, qarşıdakı aylarda qiymətlərin yenidən artacağı gözlənilir.
"Yeni Sabah" xəbər verir ki, alıcılar bazarda qiymətlərin münasib olduğunu bildiriblər. Xüsusilə alma, üzüm və nar kimi mövsümi meyvələrin ucuzlaşdığı qeyd olunur.
Satıcıların sözlərinə görə, məhsul bolluğu qiymətlərin aşağı düşməsinə səbəb olur. pizza hut
“Məhsul bol olduqca ucuzlaşma olur. Mövsümi məhsullarda da qiymətlər ucuzdur”, – deyə satıcılar bildiriblər.
Bəs qarşıdakı aylarda meyvə-tərəvəzin qiyməti yenidən arta bilərmi?
İqtisadçı Ruslan Atakişiyevin sözlərinə görə, kənd təsərrüfatı məhsulları mövsümündə daha münasib qiymətə satılır. O bildirib ki, qış aylarında həmin məhsulların qiymətində bahalaşma gözlənilir.
Telegram kanalımız