Bu xəstəlikdən əziyyət çəkənlərə müddətsiz əlillik təyin ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu xəstəlikdən əziyyət çəkənlərə müddətsiz əlillik təyin ediləcək

Sosial

26 İyul 2023 17:56 1062


Ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər orqanizmin funksiyalarının 80 faizinin pozulması kimi qiymətləndiriləcək və müddətsiz əlillik təyin ediləcək. 

Yenisabah.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlavə edilən yeni yarımbəndlərdə əksini tapıb. 

Əlilliyin müəyyən olunması meyarlarına ürəklə əlaqədar yeni əlavə edilən xəstəliklər aşağıdakılardır:  pizza

- ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda -orqanizm funksiyasının 50 % pozulması kimi qiymətləndirilərək müddətsiz əllik təyin ediləcək; 

-miokardda yad cismin olması -orqanizmin funksiyalarının 80 faizinin pozulması kimi qiymətləndiriləcək və müddətsiz əlillik təyin ediləcək;

-18 yaşınadək şəxslərdə XÜÇ I mərhələ və ya cüzi hipoksemiya ilə fəsadlaşmış anadangəlmə qüsurlar- orqanizm funksiyasının 50 % pozulması kimi qiymətləndirilərək 2 illik əlillik təyin ediləcək;

-18 yaşınadək şəxslərdə XÜÇ II mərhələ və ya nəzərəçarpan hipoksemiya ilə fəsadlaşmış anadangəlmə qüsurlar- orqanizm funksiyasının 70 % pozulması kimi qiymətləndirilərək 2 illik əlillik təyin ediləcək;

-18 yaşınadək şəxslərdə XÜÇ III mərhələ və ya əhəmiyyətli dərəcədə nəzərəçarpan hipoksemiya ilə fəsadlaşmış anadangəlmə qüsurlar-orqanizm funksiyasının 90% pozulması kimi qiymətləndirilərək 2 illik əlillik təyin ediləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!