Bu xəstəliklər geniş yayılacaq - Səhiyyə naziri səbəbini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Bu xəstəliklər geniş yayılacaq - Səhiyyə naziri səbəbini açıqladı

Sosial

30 Aprel 2024 08:17 36719


Əhalinin sayı artmaqdadır və 2050-ci il üçün dünyada 60-dan çox yaşı olan əhalinin sayı iki dəfə artacaq.

“Yeni Sabah” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev REAL TV-yə müsahibəsində deyib.

Mir Şahinin suallarını cavablandıran nazir bildirib ki, bu uzunömürlülük nəticəsində bəzi xəstəliklərə daha geniş miqyasda rast gəldiyimizin şahidi olacağıq. pizza mizza

“Yaşlı əhaliyə fərqli səhiyyə xidmətləri göstərilməlidir. Yaşlaşan əhalinin özünəməxsus tibbi problemləri gündəmə gəlir. Bununla bağlı Səhiyyə Nazirliyinin strateji layihələndirmə qrupu mövcuddur. Həmin qrup produktiv şəkildə növbəti 5, 10, 20 il üçün proqnozları hazırlayaraq bundan irəli gələcək səhiyyə məsələrinin çözülməsi üçün hökumətə bir layihə təqdim edəcək”, - deyə o qeyd edib.

Nazir onu da vurğulayıb ki, Azərbaycanda səhiyyə sektorunda çalışan insan kapitalı 110 min nəfərin üzərindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!