Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yeni direktor əvəzi təyin edilib.
“Yeni Sabah” Qaynarinfo-ya istinadla bildirir ki, TƏBİB rəhbərliyinin müvafiq əmri ilə bu vəzifə Əliyev Elçin Akif oğluna həvalə olunub.
Qeyd edək ki, o, bir neçə ildir sözügedən xəstəxananın baş həkimi vəzifəsində çalışır. Elçin Əliyev ölüm təhdidi ilə gündəmə gəlmişdi. Belə ki, 1987-ci il təvəllüdlü Elçin Babayev onu 16 min manat pul ödəmədiyi halda öldürməklə hədələmişdi. pizza mizza
Xatırladaq ki, bir neçə gün əvvəl Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktoru Samir Namazov işdən çıxarılıb.
Telegram kanalımız