Bu yağlarda təhlükəli maddələr tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Bu yağlarda təhlükəli maddələr tapıldı

Sağlamlıq

13 Avqust 2026 18:32 139


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müxtəlif ölkələrdən idxal olunan bitki və palma yağlarının təhlükəsizlik göstəriciləri üzrə gücləndirilmiş nəzarət tədbirlər çərçivəsində bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkar edilib.

Bu barədə “Yeni Sabah”a AQTA-dan məlumat verilib.

Bildirilib ki, laborator müayinələr nəticəsində təqdim olunan yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi– 3-MCPD(3-monoxlorpropan1,2-diol ) aşkarlanıb. pizza

Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. O cümlədən, bir sıra ölkələrin müəyyən istehsalçılarına məxsus bitki yağı məhsullarının ölkə ərazisinə idxalına məhdudiyyətlər tətbiq edilib.

AQTA bitki və palma yağlarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərini məhsulların təhlükəsizlik göstəricilərinə və idxal zamanı müəyyən edilmiş qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırır. Nəzarəti tədbirləri davam etdirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!