“Bu yanaşma ilə ərzaq təhlükəsizliyini təmin etmək mümkün deyil!”

saytların hazırlanması

Evə çatdırılma

“Bu yanaşma ilə ərzaq təhlükəsizliyini təmin etmək mümkün deyil!”

Sosial

13 İyul 2021 17:55 1243


“Dəfələrlə demişik ki, Azərbaycanda aqrar sahənin ən böyük problemi insanlardan deyil də, sistemdən qaynaqlanır. Toxumçuluq və seleksiya işi zəifdir, elmi yanaşma yoxdur, məhsuldarlıq aşağıdır, əl əməyindən çox istifadə edilir və s. Dünyada ərzaq qiymətlərinin sürətlə bahalaşdığı bir dövrdə “ərzaq təhlükəsizliyi” məsələsi hər bir ölkənin qlobal təhlükəsizlik konsepsiyasında mühüm yer tutmağa başlayır”.

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspert qeyd edib ki, ən vacib sahə taxıldır, əmtəəlik buğdadır - bir sözlə, çörək məsələsidir:

“Cəlilabad aqrar sahənin inkişafı üçün ölkənin ən əlverişli rayonlarından biridir, məmləkətin taxıl bazası sayılır. Amma görün bu rayonda nə baş verir, rayonun Günəşli kəndində yaşayan fermer Ələkbər Abbasov deyir ki, “Moran Aqro” MMC-dən kiloqramı 80 qəpiyə aldığı toxum demək olar ki, çıxış verməyib. Payız, qış dolanıb, yaz gəlib, yay olub, lakin tarlada nə taxıl cücərib, nə də məhsul yetişib. Digər fermer Ağasahib Ağayev isə deyir ki, hər il əkdiyi sahədən 6-7 ton buğda götürdüyü halda, bu mövsüm vur-tut 1,5 ton məhsul hasilə gətirə bilmişdir, məhsulun az olmasını toxumla əlaqələndirir. “Vallah, mən kəndçi babayam, eşitdim ki, hansısa şirkətin bazarın yanındakı dükanında buğda toxumu satırlar. Bir çoxları kimi, mən də fermer kartımda olan vəsaitlə gedib o toxumdan aldım. Axırı da belə oldu”,-deyə o bildirir. Yəni fermerlər bilmir toxumu hardan alsın, onlara məsləhət verən yox, dərs keçən yox, seleksiya işi aparan yox, seçim imkanları yox. Deyirlər ki, subsidiyaları veririk, amma filan şirkətdən toxum, filan şirkətdən gübrə, filan şirkətdən isə texnika almalısınız. Yaxşı, Cəlilabad kimi bir yerdə “ağıllı kənd”, idarəçilik qura bilməyən sistem, bunu işğaldan azad edilmiş torpaqlarımızda necə quracaq?!”. Pepperoni pizza

Natiq Cəfərli hesab edir ki, Azərbaycanda aqrar sektora münasibət fəlsəfi olaraq insan övladının 10 min il qabaq Mesopotamiyada torpağı əkib-becərməyə başlaması ilə eynidir:

“Elm yox, texnika yox, əl əməyi çox, suvarma konsepsiyası yox, bu yanaşma ilə ərzaq təhlükəsizliyini təmin etmək mümkün deyil!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!