“Bu, yolverilməzdir” - Erməni məhsulu Bakı marketlərinə necə yol tapıb? - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Bu, yolverilməzdir” - Erməni məhsulu Bakı marketlərinə necə yol tapıb? - Foto

Sosial

20 Sentyabr 2019 11:07 1287


Bakıda erməni istehsalı olanpeçenye satılır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə jurnalist Xalid Kazımlı Feysbukda məlumat yayıb. "Choco Pie" adlanan peçenyenin "Bazarstore"dan alındığı qeyd olunub. Məhsulun bir tərəfində ermənicə, digər tərəfində isə Azərbaycan dilində yazı var.

Məhsulun üzərində yazının ermənicə olduğunu saytımıza ermənişünas Qafar Çaxmaqlı da təsdiqləyib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən “Bazarstore”un PR və Mareketinq şöbəsinin müdiri Günay Novruzqızı bildirib ki, sözügedən məhsul başqa firma tərəfindən bütün market şəbəkələrə paylanılır:

“Choco Pie” adlı məhsul yalnız “Bazarstore” üçün gətirilmir. Həmin şirniyyat “Nant” firması tərəfindən bütün marketlər şəbəkəsinə paylanılır. Biz məhsulu alanda qutusuna baxsaq da, məhsulun üzərində yazılanlara diqqət etməmişik. İndi firma ilə danışmışıq. Bu məhsul 3 gün ərzində mağazalardan yığışdırılacaq. Çünki “Bazarstore”un 50-dən çox mağazası var və bunu bir gün ərzində etmək mümkün deyil. Əslində, bu yolverilməzdir, amma məhsulun üzərinə baxılmayıb deyə, belə bir şey olub”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!