Büdcəyə milyardlar axacaq: 2027-ci ilin gəlir proqnozu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Büdcəyə milyardlar axacaq: 2027-ci ilin gəlir proqnozu açıqlandı

İqtisadiyyat

22 Sentyabr 2026 09:39 302


2027-ci ilin dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon manat olacağı proqnozlaşdırılır. Bu məbləğ proqnozlaşdırılan ÜDM-in 27,8 faizini təşkil edəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı ilkin büdcə bəyanatında bildirilib.

Büdcə gəlirlərinin 18 milyard 430 milyon manatının vergi orqanları, 11 milyard 900 milyon manatının Dövlət Neft Fondundan transfert, 6 milyard 865 milyon manatının isə gömrük orqanları hesabına formalaşacağı gözlənilir. pizza mizza

Bundan başqa, dövlət payı olan müəssisələrdən 855 milyon manat dividend, büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarından 599 milyon manat, sair daxilolmalardan isə 585 milyon manat gəlir nəzərdə tutulub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!