Bülent Ersoyun 42 il əvvəl çəkilən film zamanı qucağına aldığı körpənin kimliyi illər sonra ortaya çıxıb.
“Yeni Sabah” xəbər verir ki, məşhur müğənni Bülent Ersoyun 1984-cü ildə çəkilən “Acı Ekmek” filmində rol xatirinə qucağına aldığı və əmizdirdiyi körpənin illər sonra kim olduğu məlum olub. Həmin körpənin böyüdükdən sonra musiqi ilə məşğul olan Serkan Eruysal olduğu ortaya çıxıb.
42 il ərzində Eruysalın həyatı da dəyişib. O, böyüdükdən sonra musiqi dünyasına daxil olub. Karyerasının bir hissəsini Rumıniyada davam etdirən Serkan Eruysal rumıniyalı müğənni Alexa Niculae ilə birgə mahnı üzərində çalışıb. Daha sonra Türkiyədə də “Leyla” adlı mahnısını yayımlayıb. Toyuqlu pizza
Bülent Ersoyun film çəkilişi zamanı qucağına aldığı körpənin kimliyi və indiki görünüşü sosial mediada maraq doğurub.
Əsmətxanım Rzazadə
Telegram kanalımız