“Buna nə ad qoyaq? Biabırçılıq, məsuliyyətsizlik...” - EKSPERT

saytların hazırlanması

Evə çatdırılma

“Buna nə ad qoyaq? Biabırçılıq, məsuliyyətsizlik...” - EKSPERT

Sosial

09 İyul 2026 09:24 352


“Buna nə ad qoyaq? Biabırçılıq, məsuliyyətsizlik, yoxsa işbilməzlik. Aylardı müəllimlərin işə qəbul imtahanına hazırlaşan şəxslər etirazlar edirlər. Fikrimcə, haqlıdırlar. Əvvəla, ona görə ki, MİQ imtahanının 1-8 iyul aralığı keçiriləcəyilə bağlı rəsmi açıqlama verilməsinə baxmayaraq, imtahan keçirilmədi və bu gün 8 iyul olduğu halda, ümumiyyətlə imtahan tarixləri məlum deyil”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, 60 min insan DİM-in yarıtmazlığından əziyyət çəkir: pizza hut

“İkincisi, ərizə qəbulunun başa çatmasına baxmayaraq, ayrıca sistemə ödəniş üçün bir də qeydiyyat yaradılıb və burada da xidmət haqqı olaraq 0.40₼ vəsait tələbi də qoyulub.

Dövlət İmtahan Mərkəzinin şəffaf sistemini qurmaq bu qədər çətindir?

Həmin sistem kimi normal ərizə qəbulu, birbaşa vəsaitin ərizə qəbulu zamanı sistemə köçürülmə imkanı nə çətin işdir ki, prosesi bu qədər yubadıb insanları narahat və narazı salırsınız?

55000-60000 insan sizin yarıtmazlığınızın əziyyətini niyə çəkməlidir? Gec olmadan tarixləri elan edin, insanlar plan, proqramlarını bilsinlər”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!