“Buna necə göz yuma bilirlər?” - Gömrüklə bağlı sərt tənqid

saytların hazırlanması

Evə çatdırılma

“Buna necə göz yuma bilirlər?” - Gömrüklə bağlı sərt tənqid

Sosial

21 Yanvar 2020 14:41 10178


Xəbər verdiyimiz kimi, bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev “Şıxlı” dövlət sərhədindən bura­xılış məntəqəsində olublar.

“Yeni Sabah” xəbər verir ki, tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz generalların bu səfərini belə şərh edib:

“Bu gün Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin generalları yenidən "Qırmızı Körpü"də görüşüblər. Elə bildim 2 Pəncərə ləğv edilib və sənədləşmədə DGK /DSX paralelçiliyi aradan qaldırılıb. Dördpendirli pizza

Məlum olduğu kimi DGK-da aparılan islahatlar xeyli müddətdir ki, bu problem ucbatından dalana dirənib. Postdakı DGK zabitləri də bu problemin həlli üçün təşəbbüs göstərmək əvəzinə öz səlahiyyət hədlərini aşır, Prezidentin də qeyd etdiyi kimi vətəndaşlara qarşı kobudluğa yol verirlər.

Baxıram ki, yenə həmin kordinat, həmin dalğadır. Yenə də maşınların “tex pasport”unu və vətəndaşın pasportunu hər iki pəncərədə, həm DGK və həm də DSX əməkdaşları təkrarən sistemə daxil edəcəklər. Sistemləri də inteqrasiya olunmayıb.

Məəttəl qalıram ki, onlar, həmçinin də VXSİ Dövlət Agentliyinin eGov Mərkəzi bu paralelçiliyə uzun müddətdir ki, necə göz yuma bilirlər?”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!