“Bura bax, Nikol...” - Qasparyan Paşinyana xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

“Bura bax, Nikol...” - Qasparyan Paşinyana xəbərdarlıq etdi

Siyasət

05 İyun 2021 11:59 1267


“Bura bax, Nikol, ədəb çərçivəsindən kənara çıxma!”

Yenisabah.az “Armlur.am” saytına istinadla xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyan bildirib.

General baş nazir Paşinyanın barəsində dediklərinə təpki verib: “Baş Naziri vəzifəsini tutan şəxsin açıqlamalarına reaksiya verməliyəm. Mən heç vaxt məsuliyyətdən çəkinməmişəm, yoldaşlarımın, tabeliyimdə olanların arxasında gizlənməmişəm, bütün fəaliyyətimə görə cavabdeh olmağa hazıram. Əminəm ki, hakimiyyət dəyişikliyindən sonra obyektiv bir araşdırma aparılacaq və hər bir məmur layiq olduğunu alacaq”. Sezar pizza

Keçmiş qərargah rəisi Paşinyana xəbərdarlıq edib: “Bura bax, Nikol, ədəb çərçivəsindən kənara çıxma. Ucuz şouların ən böyük ustası olduğunuzu bilirəm və dövləti idarə etmək fərsizliyinizi əsassız ifadələrlə ört-basdır edirsiz”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!