“Burada aparıcı mənəm!” - Cavanşir Məmmədov hirsləndi

“Burada aparıcı mənəm!” - Cavanşir Məmmədov hirsləndi

Şou Veb saytların hazırlanması

21 Noyabr 2023 17:49 1457


Əməkdar artist Cavanşir Məmmədovla aparıcılar Zaur Nəbioğlu və Aysel Novruzova arasında efirdə qalmaqal yaşanıb. 

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, münaqişəyə səbəb aparıcıların sənətkarın söylədiyi kimi, sözünü kəsməsi olub. 

C. Məmmədov “Rəngarəng səhər” verilişində onun sözünü kəsən proqramın aparıcıları Zaur və Ayselə irad bildirib: 

“Siz qoymursunuz, icazə vermisiniz ki, mən danışım. Qonağın sözünü kəsmək olmaz. Aparıcı qonağın sözünü kəsməməlidir. Qoyun sözümü deyim. İki nəfər düşmüsünüz üstümə. Qəribə danışırsınız... Mən bu 53 il sənət yolunda görün nə qədər aparıcı görmüşəm? İndi aparıcı mənəm!” 

Onun bu sözlərinə Zaur və Aysel etiraz ediblər: 

“Siz burada aparıcı ola bilməzsiniz. Siz aparıcı yox, qonaqsınız. Siz çox aparıcı görə bilərsiniz, amma siz bizim qədər müğənni görə bilməzsiniz”. 

Daha sonra Məmmədov fikirlərini belə davam etdirib: 

“Siz sözdən söz çıxartmayın. Siz durub burada hoqqa çıxartmayın və bizi digər müğənnilərlə qarşı-qarşıya qoymayın. Əgər siz bu verilişdən gələn maaşa razı olmasaydınız, qalıb işləməzdiniz. Siz bilin ki, burada kimlə danışırsınız. Mən sizdən yaşca iki dəfə böyüyəm (37 yaşlı aparıcı Aysel Novruzovanı nəzərdə tutur – red.) Mən yanımda çalışan heç bir musiqiçinin pulunu kəsməmişəm. Kəssəydim, həmin şəxs ikinci dəfə mənimlə məclisə getməzdi. Siz burada şou göstərmək istəyirsiniz, bilmirsiniz nə edəsiniz... Ayıbdır, belə şeylər etməyin. Sənətdən danışaq, vəssalam”. 

Proqramın gedişatında hər iki aparıcı müğənni ilə aranı sakitləşdirməyə çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!