Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 16-da keçirilən buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 48049 nəfərdən 329 nəfər imtahana gəlməyib.
Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Tələb olunan imtahan qaydalarını pozduğu üçün 5 nəfərin nəticəsi ləğv olunub. Marqarita pizza
İmtahan iştirakçıları arasında 1 nəfər – Akademik Zərifə Əliyeva adına liseyin şagirdi maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Telegram kanalımız