Buraxılış imtahanları kompüterlə keçiriləcək? - DİM sədrindən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Buraxılış imtahanları kompüterlə keçiriləcək? - DİM sədrindən açıqlama

Sosial

02 Fevral 2023 11:35 724


“Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”. 

Yenisabah.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

Onun sözlərinə görə, hazırda bu üsuldan tam olaraq yüksək səviyyəli - magistraturaya, doktoranturaya qəbul imtahanlarında istifadə edilir.  Sezar pizza

M.Abbaszadə bildirib ki, buraxılış kütləvi imtahan olduğu üçün həmin imtahaları yalnız kompüterlə keçirmək gələcək 5 ildə mümkün deyil: “Nəzərə almaq lazımdır ki, sözügedən imtahanlarda 130 mindən çox insan iştirak edir”. 

Qurum rəhbəri əlavə edib ki, cari ilin sonuna qədər bütün dövlət qulluğu imtahanlarının kompüterlə keçirilməsi planlaşdırılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!