Buraxılış imtahanlarına hazırlaşan abituriyentlər üçün vacib xəbər

saytların hazırlanması

Evə çatdırılma

Buraxılış imtahanlarına hazırlaşan abituriyentlər üçün vacib xəbər

Sosial

06 Fevral 2024 15:55 20177


Ötən ilki buraxılış imtahanlarından sonra suallar barədə müxtəlif tənqidi fikirlər səsləndirildi və aylarla müzakirələrin ardı-arası kəsilmədi. Narazılıqlar isə imtahan suallarının qəliz olmasından irəli gəlirdi. 

Bəzi təhsil ekspertləri iddia etdi ki, buraxılış imtahanları bundan öncəki imtahanlarla müqayisədə ağır keçib və bu da tələbə olmaq istəyən abituriyentlərin işini çətinləşdirəcək. 

Bunan görə də mart ayında keçiriləcək növbəti buraxılış imtahanı ilə bağlı valideynlər və abituriyentlər indidən narahat olmağa başlayıblar.  Dördpendirli pizza

Bəs təhsil ekspertləri necə düşünürlər? Bu il imtahan sualları asan ola bilərmi? 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan  təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, etirazlar, əsasən, proqramdan kənar sualların imtahana salındığına görə baş verir: 

“Ötən il buraxılış imtahanlarında proqramdan kənar mövzu salındığına görə repetitor müəllimlər və abituriyentlər etiraz edirdi. Ümumilikdə isə buraxılış imtahanları da qəbul imtahanlarının bir mərhələsi hesab olunduğu üçün düşünürəm ki, suallar abituriyentləri nəzərə alaraq təyin olunmalıdır. Nəticə olaraq, bu mərhələlərin birinin daha asan olması anlayışı yoxdur. İmtahan keçirilirsə, bu, vahid bir istiqamətə aiddirsə, mütləq sualların səviyyəsi nəzərə alınmalıdır. Abituriyentlər nə qədər hazırlıqlı olsalar, o qədər yaxşı olar”. 

Ekspert qeyd edib ki, imtahan üçün fənn sayı nə qədər azaldılsa, nəticələr bir o qədər yüksək olar: 

“Dövlət İmtahan Mərkəzi istər 9 illik səviyyədə, istər 11 illik səviyyədə proqramları öncədən elan edir. Ümumi götürsək, imtahanlar keçirildiyi zaman və ya keçirildikdən sonra hər zaman müəyyən etirazlar olur. Bu etirazların formalaşmasında səbəb ya sualların abituriyentlər tərəfindən cavablandırıla bilməməsi, ya da bəzi şəxslərin özlərinin sığortalaması üçün çıxış yolu olaraq görülməsidir. 

Mən düşünürəm ki, biz qəbul imtahanı formatına baxmalıyıq. Fənn sayı nə qədər minimallaşdırılarsa, nəticələr bir o qədər yaxşı olar və müəyyən qədər də olsa, repetitorluğun qarşısını almaq olar. Blok imtahanlarında səhv cavablar doğru cavablara təsir etdiyi üçün abituriyentlərin nəticələrinə də təsir edir. Tövsiyəm budur ki, abituriyentlər Dövlət İmtahan Mərkəzinin xüsusi buraxılışında verilən mövzulara diqqət yetirib onlarla daha ciddi məşğul olsunlar”. 

Nigar İlqarqızı 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Cəsur
    Təhsil nazirliyi özü bəlkdə qəsdən belə sualar salir dəyəsən təhsil nazirliyinin özünə təhsil verən lazımdır
    2 years ago
  • Elnarə
    Məncədə daha,asan olmalıdır çünki Azərbaycannın təhsil səviyyəs aşağı düşür
    2 years ago
  • Polad
    Bu il mən 11-ci sinifəm və imtahan verəcəm. Sizdən xahişim odur ki vaxt aparan suallar və mətinlər salmayın. Çünki bunun hələ cavablandırma kartıda var. Xahiş edirik sualları hazırlayarkən abituriyent bucağından baxınız.
    2 years ago
  • Ayşən
    Mənim fikrimcə suallar çox çətin olsa Azərbaycanda işləyən şəxslərin sayı çox az olacaq və başqa ölkələrdəndə geri qalacaq yəni təhsil naziri bunuda nəzərə almalıdır.
    2 years ago
  • Ramin
    Mence 9ilk imtahan seviyesinde olsa lap yaxsi olar sualarin asn dusmesi cox xeyir cox cetin salmag duz gun deyil
    2 years ago
  • Ramin
    Mence 9ilk imtahan seviyesinde olsa lap yaxsi olar sualarin asn dusmesi cox xeyir cox cetin salmag duz gun deyil
    2 years ago
  • Əli
    Suallari ve bizide nezere alin
    2 years ago