Bürcünüzə görə ruh əkiziniz necə insandır? Münasibətlərdə VACİB MƏQAM

saytların hazırlanması

Evə çatdırılma

Bürcünüzə görə ruh əkiziniz necə insandır? Münasibətlərdə VACİB MƏQAM

Sosial

24 Yanvar 2024 12:53 570


Bilirik ki, hər iki evlilikdən biri boşanma ilə nəticələnir və bu səbəbdən bir ömür boyu eyni insanla xoşbəxt yaşamağa inanmaq çətindir. Astroloqlar isə düşünür ki, insanlar öz bürclərinə uyğun ruh əkizini seçərsə, bir ömürlük xoşbəxtliyi də əldə etmiş olar. 

Yenisabah.az astroloqların proqnozlarına əsasən, bürclərin ruh yoldaşlarını təqdim edir: 

Qoç  pizza mizza

Böyük sevgi axtarırsansa, gözlərini yum və ürəyini dinlə. Əsl insanı tapdığınızdan əmin olmaq istəyirsinizsə, bu insanla birlikdə olduğunuz zaman necə hiss etdiyinizi gözdən keçirin. Siz tez-tez görünüşə aldanmağa meyllisiniz. Daxili gözəlliyinizə diqqət yetirdikdə əsl sevgini kəşf etmək mümkündür. 

Ruh əkizinizin profili: Səxavətli , sadiq, anlayışlı və sizə qayğı göstərmək qabiliyyətinə malik olan insanlar sizin can yoldaşınız ola bilər.

Buğa 

Bir ömür boyu xoşbəxt olacağınız insanı axtarırsınızsa, özünüzə ən çox oxşayanı seçin. Sizin kimi güclü və emosional biri ilə xoşbəxt ola bilərsiniz. Səhvləriniz üçün sizi mühakimə etməyəcək və sizi olduğunuz kimi qəbul edəcək biri ilə... 

Ruh əkizinizin profili: Ruh yoldaşınız, ağlamağınız lazım olanda sizə ağlamaq üçün çiyin verən insandır. Güclü olmalı, sizi ən pis şəraitdə belə tərk etməməli və gözlənilməz vəziyyətlərə uyğunlaşmalıdır. 

Əkizlər 

Onsuz da həyatınız çətin olduğu üçün həyatı ciddiyə almayan, özünü ələ salmağı bacaran zarafatcıl insan axtarırsınız. Həyatda baş verən hər şeydən dərs almağı bilən pozitiv insan sizin can yoldaşınız ola bilər. 

Ruh əkizinizin profili: Maraqlı, daim yeni şeylər öyrənməyə çalışan və sizi idarə etməyəcək biri həyatınızda olmalıdır. Bu insan sizi sorğulamamalı və etibar etməlidir. Doğru insanı tapdığınızdan əmin olmaq istəyirsinizsə, heç bir təzyiq hiss etmədiyinizə əmin olun. Münasibətinizin açarı sizə təzyiq olub-olmamasıdır. 

Xərçəng 

Xərçəngin inandığı dəyərlər var: ailə, evlilik və uğur. Buna görə də sizinlə eyni dəyərləri paylaşan biri ilə xoşbəxt ola bilərsiniz. Məsələn, siz ailəyə böyük əhəmiyyət verdiyiniz üçün sizin və partnyorunuzla ailə qurmaq, uşaq sahibi olmaq, evin iqtisadi məsələlərində razılaşmağınız vacibdir. 

Ruh əkizinizin profili: Sizinlə eyni dəyərlərə inanan insanlar sizin can yoldaşınız ola bilər. Eyni dəyərlərə həqiqətən inanıb-inanmadığınızı yoxlayın. 

Şir 

Şir bürcü adətən insanları dəyişdirməyə çalışır. Ona görə də əvvəlcə insanları olduğu kimi qəbul etməlisiniz. Hər şeyin ən yaxşısını istədiyiniz üçün ətrafınızdakıları düzəltməyə çalışırsınız, amma sevgi münasibətləri belə getmir. 

Ruh əkizinizin profili: Özünüzdən soruşun ki, digər insanı kiçik qüsurları ilə belə qəbul edə bilərsinizmi? Kiçik səhvlər sizi narahat edəcəksə, o sizin can yoldaşınız deyil. 

Qız bürcü 

Qız öyrənməyə maraq göstərən bir bürcdür. Ona görə də özünü təkmilləşdirməyi, yeni şeylər öyrənməyi qarşısına məqsəd qoyur. Yeniliklərə çox açıqdır. 

Ruh əkizinizin profili: Öyrənmək və kəşf etmək maraqlıdır. Yeni yerlər görməkdən, yeni insanlarla tanış olmaqdan zövq alır. Bu səbəbdən Qız bürcünün ruh yoldaşı onun kimi sosial, həyatı boyu öyrənməyə açıq, yeni kəşfləri sevən biri olmalıdır. Əks halda Qız bürcü həyatdan zövq almayacaq.

Tərəzi 

Tərəzi qısa münasibətləri sevmir. Onların dostluğu və sevgisi uzunömürlüdür və buna görə də uzunmüddətli bir yoldaş seçirlər. Onun partnyorunda axtardığı şey davamlılıqdır. 

Ruh əkizinizin profili: Tərəzi bürcünün can yoldaşı mehriban və fədakar bir insan olsa da, öz şəxsiyyətindən güzəştə getmir. Bu adam sizi tez-tez incitməyən biri olmalıdır. Hər iki tərəf bir-birinə yaxın olmalı, eyni zamanda qarşılıqlı azadlıqlarına hörmət etməlidir. 

Əqrəb 

Ehtiraslı bir sevgilidən çox dost kimi vaxt keçirə biləcəyiniz birini axtarırsınız. Özünüzə bu sualı verin: Dostlarınızla olduğu qədər onunla da çox əylənirsinizmi? Bu sualın cavabı bəlidirsə, deməli siz öz can yoldaşınızı tapmısınız. 

Ruh əkizinizin profili: Uzunmüddətli münasibətinizin sirri dostluqdur. Əgər partnyorunuz ən yaxşı dostunuzdan daha çoxdursa , doğru insanı tapmısınız.

Oxatan

Oxatan bürcünün həyatda bəzi ehtirasları var . O anı yaşamağı sevir və planlar qurmur. Ona görə də sizinlə unudulmaz anlar yaşayacaq insan sizin ruh yoldaşınızdır.

Ruh əkizinizin profili: Ümumi zövqləriniz yoxdursa, əlaqəniz irəliləməyəcək. Səyahət etməyi sevirsinizsə və tərəfdaşınız daha sakitdirsə, bu münasibət çox davam etməyəcək . Siz həyəcan və adrenalini sevirsiniz. Bu səbəbdən partnyorunuzun sizin kimi olması vacibdir. Unutmayın ki, paylaşılan zövqlər gələcəyinizin açarıdır.

Oğlaq 

Hiss etdiyiniz duyğuları çox asanlıqla ifadə edə bilməzsiniz, ancaq o insanı sevdiyiniz zaman onun qayğısına qalırsınız. Buna görə tərəfdaşınızın özünü yaxşı ifadə etməsi vacibdir. Əgər o sizi sevirsə, onu sənə hiss etdirməsini və sevgisini göstərməsini bəyənəcəksən.

Ruh əkizinizin profili: Sizi incitməyən və daim sizə marağını göstərən biri ilə uzunmüddətli münasibətiniz olacaq. Sizi anlayan, sıxıldığınız və hətta qəmgin olduğunuz zaman belə sizi güldürən , sizi xoşbəxt etməyə çalışan biri sizin can yoldaşınızdır .

Dolça 

Siz ancaq anı yaşayan insanlarla xoşbəxt olacaqsınız. Daim gələcək üçün planlar quran və indini unudan insanlar sizin üçün deyil. Sizə lazım olan şey sərbəst səyahətlər və yeni şeylər kəşf etməkdir. 

Ruh əkizinizin profili: Siz azadlığınızı sevirsiniz. Bu səbəbdən sizi məhdudlaşdıran biri ilə xoşbəxt ola bilməzsiniz. Kəşf etməyi sevirsiniz. Partnyorunuz mütləq dəyişməyinizi istəməməlidir, sizi olduğunuz kimi qəbul etməlidir. Enerjili və canlı tərəfdaş idealdır. 

Balıqlar 

Siz çox həssas bir bürcsünüz. Buna görə də sizi dinləyən və ehtiyac duyduğunuz anda yanınızda ola biləcək bir tərəfdaşa ehtiyacınız var. Bu sizin üçün çox vacib bir meyardır. Pis anlarda tək qalmağı sevmirsiniz. 

Ruh əkizinizin profili: Anlayışlı olmalıdır. Kəşf edə bilmədiyiniz və sizin tamamlaya bilmədiyiniz cəhətlərinizi ortaya qoyacaq bir tərəfdaşa ehtiyacınız var. Ritminizi sürətləndirəcək və sizə güc verəcək etibarlı tərəfdaş sizin ruh yoldaşınız ola bilər.

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!