“Bursaspor“un baş məşqçisi Namiki təriflədi

saytların hazırlanması

Evə çatdırılma

“Bursaspor“un baş məşqçisi Namiki təriflədi

İdman

01 Fevral 2022 18:03 776


Azərbaycan millisinin üzvü Namik Ələskərovun da çıxış etdiyi "Bursaspor"un baş məşqçisi Tamer Tuna oyunçumuz haqqında danışıb.

Yenisabah.az xəbər verir ki, 46 yaşlı mütəxəssis bu barədə "Lifebursa" nəşrinə açıqlama verib. O, Namik Ələskərov da daxil olmaqla düşərgədəki 3 əcnəbi oyunçunun komandaya can yandırdığını bildirib:

"Onsuz da Namik Ələskərov bizdən biri kimidir. Amma Nikolas Salasar və Reagi Ofosunun ortaya xarakter qoyub komandanı sahiblənməsi mənim üçün çox önəmlidir. Xüsusilə çətin dönəmdə və toplanışda bu futbolçuların komanda yoldaşlarına motivasiya vermələri bizi gücləndirir. Onların heç biri əcnəbi kimi davranmır". Dominos pizza

Qeyd edək ki, ötən ilin avqustunda "Bursaspor"a transfer olmuş Namik Ələskərov 1-ci liqa təmsilçisi ilə 2 illik müqabilə imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!