Bütün Android istifadəçiləri üçün həyəcan siqnalı verilib

saytların hazırlanması

Evə çatdırılma

Bütün Android istifadəçiləri üçün həyəcan siqnalı verilib

Rəqəmsal

21 Mart 2026 11:00 2022


Bütün “Android” istifadəçiləri üçün vacib xəbərdarlıq yayımlanıb.

  Sezar pizza

  Sezar pizza

“The Mirror” nəşrinin məlumatına görə, smartfon və digər cihaz sahibləri müəyyən parametrləri dərhal yoxlamalıdır. Sistem təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edilib və istifadəçilərə bu tövsiyələri nəzərə almamaqdan çəkinməmək tövsiyə olunur.

Bildirilir ki, bu xəbərdarlıq, telefonun kilid ekranını qısa müddətdə aşmağa imkan verən ciddi bir zəifliyin aşkarlanması səbəbindən verilib. Hakerlər bu boşluqdan istifadə edərək cihazı bir dəqiqədən də az vaxtda ələ keçirə bilirlər.

Zəiflik şəxsi məlumatların sızmasına və cihazdakı bütün fayllara çıxış əldə edilməsinə yol aça bilər. Xüsusilə, cihazı USB vasitəsilə noutbuka qoşmaq PIN kodunun ələ keçirilməsinə və bütün məlumatlara giriş imkanını yaradır.

"Yeni Sabah" xəbər verir ki, məsələ “MediaTek” prosessorundan istifadə edən “Android” telefonlarını əhatə edir. Ekspertlər istifadəçilərə cihazlarının prosessor növünü yoxlamağı və əgər “MediaTek” çipi varsa, mövcud təhlükəsizlik yeniləmələrini dərhal quraşdırmağı tövsiyə edirlər. Qeyd olunur ki, artıq yenilənməyən köhnə cihazlar hələ də risk altında qala bilər.

  Sezar pizza

  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!