“Cabir İmanov haqqında yazanlar allahsızdırlar!” – Çingiz Abdullayev

saytların hazırlanması

Evə çatdırılma

“Cabir İmanov haqqında yazanlar allahsızdırlar!” – Çingiz Abdullayev

Şou

16 Oktyabr 2025 13:20 465


Xalq yazıçısı Çingiz Abdullayev mərhum Əməkdar artist Cabir İmanovla bağlı danışıb.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, o, Rekord TV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində bildirib:

“Cabirlə münasibətimiz çox gözəl idi. Mən həmişə o uşaqları dəstəkləmişəm. Bəzi adamlar başa düşmürlər ki, bu insan dünyadan köçüb, amma ata-anası sağdır, 4 övladı, qardaşı var. Bir az insafınız olsun. Onun haqqında yazan insanlar allahsızdırlar. Bəlkə də sağlığında nə isə xoşuna gəlməyib, lakin insan vəfat edib. İnsafın olsun, bunu yazma! Bir az döz, özünü sıx. Öz çirkabını mütləq çıxarmalısan ki, hamı oxusun?! Allah Cabirə rəhmət etsin. Cavan yaşında vəfat etməyi çox insana təsir etdi”. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!