“Cabiri bir az mənfi tərəfdən göstərmək istəyirdilər...”

saytların hazırlanması

Evə çatdırılma

“Cabiri bir az mənfi tərəfdən göstərmək istəyirdilər...”

Şou

30 Sentyabr 2025 14:39 4077


"Bəzi qüvvələr Cabiri bir az mənfi tərəfdən göstərmək istəyirdilər. Amma misal var ki, Allah kimisə ucaltsa, onu heç kim alçalda bilməz".

Yenisabah.az qafqazinfo.az-a istinadla xəbər verir ki, bu sözləri qardaşının vida mərasimində çıxış edən Tahir İmanov deyib.

"Cabir nümunəvi ata, nümunəvi vətəndaş, nümunəvi oğul idi. Çoxları elə bilir Cabir məndən böyükdür. Amma mən ondan 2 yaş böyük olmuşam. Buna baxmayaraq, ondan çox şey öyrənmişəm", - T. İmanov vurğulayıb. pizza hut

"Allaha şükürlər olsun ki, Cabir Şuşalı günlərimizi yaşadı. Bu dövlətə, dövlətçiliyə qulluq etdi. Dövlət tərəfindən ona məsliyyətli və şərəfli vəzifə verilmişdi. Mən bir daha Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə təşəkkür edirəm", - mərhumun qardaşı əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!