Cahangir Fərəcullayevə yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Cahangir Fərəcullayevə yüksək vəzifə verildi

İdman

18 İyun 2026 20:21 3083


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Cahangir Fərəcullayev UEFA Marketinq Məsləhət Komitəsinin üzvü təyin edilib.

"Yeni Sabah" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C.Fərəcullayev sözügedən komitədə fəaliyyət göstərəcək.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi UEFA Komitələri və Ekspert Panellərinin tərkibini müzakirə edib və qitə futbol qurumuna üzv assosiasiyalar tərəfindən təqdim edilən namizədlər əsasında təklif olunan yeni tərkibi təsdiqləyib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!