Çanaqqala savaşının il dönümünə həsr olunmuş konfrans keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Çanaqqala savaşının il dönümünə həsr olunmuş konfrans keçirildi - Fotolar

Sosial

19 Mart 2021 22:10 1655


“Çanakkale-dən Qarabağa Türk Zəfəri” adlı Çanaqqala savaşının il dönümünə həsr olunmuş onlayn konfrans keçirilib.

Yenisabah.az xəbər verir ki, 18 mart 2021-ci il tarixində "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə “Çanakkale-dən Qarabağa Türk zəfəri” adlı Çanaqqala savaşının 106-cı il dönümünə həsr olunmuş onlayn konfrans keçirilib.

Konfrans TUMİB-in sədri Çingiz Bayramov açılış nitqi ilə başladı. Türk dünyası uğrunda canından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Dominos pizza

Daha sonra Hərbi ekspert, Ankara Kara Hərb Məktəbi məzunu, Qazi Ruslan İmamquliyev, Türkiyə AK Partiyasının idarə heyətinin üzvü, Ərzurum millət vəkili Zəhra Taşkəsənoğlu BAN, Azərbaycan Millət vəkili, Milli Məclisin üzvü Ceyhun Məmmədov, Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Türkiyə məzunu, Məhsəti Hüseynova, TUMİB-in idarə heyətinin üzvləri Aydın Talışinski, Vüqar Qasımov, Azərbaycan Türkiyə Əməkdaşlıq təşkilatı İctimai Birliyinin sədri İlham İsmayılov, Türk Dünyası Araşdırmalar Vəqifinın Azərbaycan təmsilçisi, Türkiyə məzunu, Nəriman Xanəhmədov, Respulikanın əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitinin elmi işçisi, Milli məsləhətçisi Zülfiyyə Vəliyeva, 15 Temmuz Federasyonu Iğdır il Başkanı Azərbaycan Genel Koordinatörü Dr. Adem Akkuş, Azərbaycanlı alim Sübhan Talıblı, Green Start Academy-nin rəhəri Aysel Rəsulzadə, 15 Temmuz Federasyonunun üzvü, Doktor, dosent Alper Cenk və başqaları mövzuya aid maraqlı çıxışlar ediblər. Çıxışlar boyunca Türk dünyasının ölməz liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyev də yad edilib.

Konfrans ərzində bir neçə dəfə mövzuya aid video-çarxlar təqdim olundu. Eyni zamanda 44 günlük Qarabağ müharibəsi zamanı TUMİB-lə birgə Gənclərin Töhfəsi İctimai birliyi və Green Start Academy-nin birgə təşkil etdiyi “Hərəyə bir bayraq” və “Bu bayraq da bizim bayraq” adlı aksiyalardan hazırlanmış video-çarx da təqdim olunub.

Tədbirin sonunda Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Türkiyə məzunu, Məhsəti Hüseynova, iştirakçılarla birlikdə “Çırpınırdı Qaradəniz” mahnısını ifa edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!