Canlı efirdə qarşıdurma: Xanəndə aparıcıya etiraz etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Canlı efirdə qarşıdurma: Xanəndə aparıcıya etiraz etdi - Video

Şou

19 Dekabr 2022 12:13 1397


Space TV-də yayımlanan “Milli Səs” musiqi yarışmasında gərgin anlar yaşanıb. 

Yenisabah.az olay-a istinadla xəbər verir ki, qalmaqal müsabiqədə münsif olan Xalq artisti Aygün Bayramova ilə aparıcı Nübar Əbil arasında olub. Xanəndə iştirakçı Aynur Ağamalıyevanın çıxışından sonra sözün birinci ona verilməməsinə etiraz edib. Hər zaman digər münsif, Əməkdar artist Elnur Zeynalovun birinci çıxış etməsindən narahatlığını dilə gətirib: 

“Siz niyə sözü birinci Elnur bəyə verirsiz? Dünən də belə etdiniz. Gözləyirdim ki, sözü üçümüzdən birinə verəsiniz. Amma yenə ona söz verdiniz”. Dördpendirli pizza

Aparıcı isə “Səbəbini bilmirəm. Gərək gələn dəfə test edim ki, niyə belə olur? Təklif edirəm ki, Aygün xanımı alqışlayaq” deyərək studiyadakı ab-havanı dəyişmək istəyib.

A. Bayramova bir müddət əvvəl “Xalq ulduzu” yarışmasında aparıcı Zaur Baxşəliyevlə də problem yaşamışdı.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!