Canlı yayımda göz yaşlarına hakim ola bilmədi - Video

saytların hazırlanması

Evə çatdırılma

Canlı yayımda göz yaşlarına hakim ola bilmədi - Video

Şou

08 May 2024 17:55 3619


Aparıcı Günay Baxşəliyeva efirdə göz yaşlarına qərq olub. 

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, həmin anlar Günayın aparıcısı olduğu "Günaylı gün" verilişində yaşanıb. 

O, ibtidai sinif müəllimi Baharə xanımın efirə zəng etməsi aparıcını kövrəldib. Müəlliminin səsini eşidən Günay əlləri ilə üzünü tutaraq ağlayıb.  Toyuqlu pizza

Aparıcı hisslərini bu sözlərlə ifadə edib: 

"Mən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Faiq Rəfiyev adına 166 nömrəli məktəbdə oxumuşam. Nə yaxşı ki, varsınız. Məni çox kövrəltdiniz. Bu efir yaddaşıma yazıldı. Bir anlıq məktəb illərinə qayıtdım və o hissləri yenidən yaşadım. Baharə xanım mənə çox doğma olan bir müəllimdir. Mən sinif nümayəndəsi idim. Onun bütün işləri mənimlə olurdu, bütün məsuliyyət mənim çiyinlərimdə idi. O mənə çox güvənirdi". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!