Cari əkin mövsümündə ölkədə 500 mindən artıq ağac əkilib - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Cari əkin mövsümündə ölkədə 500 mindən artıq ağac əkilib - Fotolar

Sosial

22 Noyabr 2022 18:34 644


Bakı və Abşeronda, eləcə də ölkənin bütün regionlarında payız ağac əkini mövsümü ilə əlaqədar ağacəkmə və meşəbərpa tədbirləri davam edir, meşə və qeyri-meşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir. 

Yenisabah.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, mövsüm başlayandan bugünədək payız əkin planına uyğun olaraq ölkə ərazisində 528 min ağac əkilib, 28 ton toxum səpilib.

“Meşəbərpa tədbirləri bu gün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Qəbələ, Quba, Şabran, Şamaxı, Lənkəran, Masallı, Tovuz, Şəmkir, Sabirabad, Bərdə və Ağcabədi rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində keçirilib, gün ərzində 34 000 ağac əkilib, 3000 kiloqram toxum səpilib”. Toyuqlu pizza

Nazirlik sözçüsü ağacəkmə tədbirlərində yaxından iştirak edən və ölkəmizin ətraf mühitinə töhfə verən bütün dövlət və özəl qurumlara, qeyri-hökumət təşkilatlarına və ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!