Azərbaycanda doğulan on minlərlə uşağa görə ödəniş edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda doğulan on minlərlə uşağa görə ödəniş edildi

Sosial

03 İyun 2026 10:22 79


Cari ilin ilk beş ayı ərzində 34 470 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, 2026-cı ilin yanvar-may ayları ərzində 34 470 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib. Dominos pizza

Məlumata əsasən, müavinət ödənişləri 16 044 nəfər qız, 18 426 nəfər isə oğlan uşağına görə həyata keçirilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!