Castin Biberin keçmiş sevgilisi vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Castin Biberin keçmiş sevgilisi vəfat etdi

Şou

20 Oktyabr 2026 10:14 83


Avstraliyalı model Sahara Rey 34 yaşında dünyasını dəyişib.

“Yeni Sabah” xəbər verir ki, modelin vəfat etdiyini ailəsi təsdiqləyib. Onun xəstəxanada yaxınlarının yanında dünyasını dəyişdiyi bildirilib. Ölüm səbəbi isə hələlik açıqlanmayıb.

Sahara Rey 2016-cı ildə Castin Biberlə Havay adalarında tətildə olarkən görüntülənməsi ilə dünya miqyasında tanınıb. O, həmçinin model kimi fəaliyyət göstərib və özünün Sahara Ray Svim adlı çimərlik geyimləri brendini yaradıb. pizza

Qeyd edək ki, Rey 2024-cü ildə keçirdiyi qəza sonrası nadir nevroloji xəstəlik olan “Giyen-Barre” sindromu ilə mübarizə apardığını açıqlamışdı. Onun əvvəlki sağlamlıq problemlərinin ölümünə səbəb olub-olmadığı barədə məlumat yoxdur.

Modelin 2026-cı ilin yanvarında Snov Rey adlı qız övladı dünyaya gəlib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!