Cavanşir Məmmədova qarşı dələduzluq: “Dedik ki, ya səni döyüb öldürəcəyik, ya da...“

saytların hazırlanması

Evə çatdırılma

Cavanşir Məmmədova qarşı dələduzluq: “Dedik ki, ya səni döyüb öldürəcəyik, ya da...“

Şou

16 Mart 2021 15:54 1333


Əməkdar artist Cavanşir Məmmədov dələduzluqla üzləşib.

Yenisabah.az xəbər verir ki, sənətçi bu barədə “ARB” telekanalında yayımlanan “Onun Sirri” proqramında qonaq olarkən etiraf edib.

O bildirib ki, dostu onu aldadaraq 50 min manatını alıb və qaçıb: Pepperoni pizza

"Biznesmen dostum mənə təklif etdi ki, avtomobil düzəltmə sexi açaq. Razılaşdım, 50 min verdim, o da sexi açdı. Məkan işləyir, pul da gəlirdi. Rusiyaya tədbirə getmişdim. Oradan qayıdanda əraziyə getdim ki, həmin adam yoxdur. Ustalardan biri yaxınlaşdı ki, buranı satdılar, xəbərin oldu? Öyrəndim ki, məkanı satıb, pulu alıb, sənədləşmə işini də özü həll edib. Getdim onlara, qapıları bağlı idi. Qohumu dedi ki, ailəsi ilə birlikdə İrana gedib. Aylar keçirdi, amma qayıtmırdılar. Bir gün eşitdim ki, qayıdıb. Gedib onu tapdım, dedi ki, İranda iş qurmaq istədim alınmadı, vaxt verin pulu qaytaracam. Bir də eşitdik Türkiyəyə gedib. Yenə gəldi, tapıb hədələdik. Dedik, ya səni döyüb öldürəcəyik, ya da polisə verəcəyik. Beləcə, pulun hamısını aldıq. Amma hissə-hissə qaytardı”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!