Cavanşir Məmmədov “Avroviziya”dan danışmaq istəmədi

saytların hazırlanması

Evə çatdırılma

Cavanşir Məmmədov “Avroviziya”dan danışmaq istəmədi

Şou

18 İyul 2022 15:19 1885


Müğənni Cavanşir Məmmədovun “Elgizlə izlə” verilişindəki Avroviziya mahnı müsabiqəsinə getmək istəməsiylə bağlı açıqlaması müzakirələrə səbəb olub. İzləyiciləri müğənninin bu açıqlamasını sosial şəbəkə platformalarında birmənalı qarşılamayıb. 

“Yeni Sabah” tənqid və kinayə atəşinə tutulan müğənniylə əlaqə saxlayıb.

Cavanşir Məmmədov heç bir jurnalistə müsahibə vermədiyini və bu haqda danışmaq istəmədiyini deyib. Toyuqlu pizza

Xatırladaq ki, “Elgizlə izlə” proqramında aparıcının "Avroviziya" səhnəsində oxumaq istərdiniz?" sualına: “Mən bayrağımızı, dövlətimin səsini ucaltmaq üçün hər şey edərəm. Özümdə o potensialı görürəm. "Avroviziya"ya getmək istəyərəm. Orada beş nəfərlik qrupla çıxış edərəm, dünya bir-birinə dəyər. Deyəcəklər ki, davul, sazla, zurna ilə oxuyacaqsan? Bəli... Gedib dünyanın ən məşhur mahnısını oxuyaram və qəbul etdirərəm: ingilis, alman, özbək.... Hərəsini ayrı-ayrı xalqların geyimində təmsil edərəm. Hansı mahnı keyfiyətli alınsa... Bunu bir dəqiqədə qurdum. Tək oxumaq deyil, gərək yaxşı oxuyasan"- cavabını vermişdi.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!