Cavanşir Məmmədovla Lalə Azərtaş arasında gərgin anlar - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Cavanşir Məmmədovla Lalə Azərtaş arasında gərgin anlar - VİDEO

Şou

06 İyul 2023 16:12 4218


Əməkdar artist Cavanşir Məmmədovla aparıcı Lalə Azərtaş arasında gərgin anlar yaşanıb. 

Yenisabah.az Axşam-a istinadla xəbər verir ki, buna səbəb müğənninin aparıcının ünvanına ittihamlar səsləndirməsi olub.

C. Məmmədov keçmiş kürəkəni Kemal Mustafanın "Təsir dairəsi" verilişinə kiminsə tapşırığı ilə çıxdığını deyib.  Dördpendirli pizza

İfaçının "Mən bilirəm sizə kim deyib, onu efirə çıxardın" sözləri aparıcını özündən çıxardıb.

C. Məmmədov bildirib ki, L. Azərtaş Mustafanı efirə çıxartmaq üçün rüşvət alıb:

"Bura aylarla gələn var, efirə çıxa bilmir, Kamal 15 dəqiqənin içində efirə çıxıb? Yazıqlar gəlib oturur. Qapıdan girəndə nə qədər adam üstümə qaçır ki, Lalə xanıma deyin məni efirə çıxartsın".

Aparıcı isə ona "Mədəniyyətimi qoruyuramsa, bu çərçivədə danışacağıq. Elə edəcəksiniz ki, otaqda dediklərinizin səs yazısını yayımlayım. Qızınız və siz verilişdən sonra otağa gəlib dediniz ki, mövzu bağlansın. Allah bilir ki, heç kimin sözü ilə insanlara qapı açmıram. Heç kimin zəngi ilə də mövzu bağlamıram. Bizim verilişdə kim gəlib çıxa bilməyib? Adam 2 ay içində məktub yazıb. Kim olduğunu bilmirdim. Bilsəydim də, çağırardım" cavabını verib.

C. Məmmədov "Otaqda olanları yayımlayın" deməsinə Lalə "Bilirsiniz yayımlasam, nələr olacaq? Siz ona cinayətkar deyə bilməzsiniz, məhkəmə qərarı yoxdur" reaksiyasını verib.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. O iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!