7 İyul - 02:21
Cavid Qurbanov vuruldumu? - Əvəz Zeynallıdan şok açıqlama

Cavid Qurbanov vuruldumu? - Əvəz Zeynallıdan şok açıqlama

Siyasət

26 May 2022 07:45 23721


“Cavid Qurbanovla bağlı verilən qərar onun vurulmasına oxşamır”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri TV Müsavatın efirində yayımlanan “Canlı debat” verilişində Xural TV-nin rəhbəri Əvəz Zeynallı aparıcı Sevinc Telmanqızının sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, C.Qurbanova verilən səlahiyyətlər var: “Əvvəl yalnız dəmir yolunu dağıdırdı, amma indi digər sahələri də dağıdacaq: dənizi, oranı-buranı. Bütün nəqliyyat sistemi Cavid Qurbanova həvalə olunur. Çox qəribə bir sistemdir: Cavid Qurbanovla bağlı bu yaxınlarda maraqlı bir hadisə baş verdi. İşçiləri etiraz aksiyası keçirdi idarənin qabağında. Çünki maaşları 370 manatdan 140 manata düşmüşdü. Bu, sensasiyalı bir xəbər idi. Mən düşündüm ki, hökumət Cavid Qurbanovu tikə-tikə edəcək. Amma başımızın tacı, qürurumuzdu hökumət. Cavid Qurbanovu gətirdilər hara... “

Ə.Zeynallı xatırladıb ki, “inqilab öz övladlarını yeyir” tezisinin əksinə olaraq, Azərbaycanda hakimiyyət öz övladlarını (məmurlarını) yemir: “O məmurlar hər zaman hakimiyyətin himayəsindədir. Hakimiyyət mesaj verir ki, mən bunları işdən çıxardım, amma bunlar mənim himayəmdədir, mənlikdi. Himayədə olmayanları isə tuturlar”.

Açıqlamanın video versiyası ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!