Yaponiyada polis dağ çayı boyunca yürüş edərkən su axınına düşərək itkin düşən 56 yaşlı qadını xilas edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "The Japan News" nəşri məlumat yayıb.
Polisin verdiyi məlumata əsasən, Yoqohama şəhərindən olan qadın avqustun 9-da Minamikami şəhərindəki Naramata çayı boyunca yürüş zamanı itkin düşüb. O, üç kişi ilə birlikdə bu marşrut üzrə hərəkət edirmiş. Yürüş zamanı qadının ayağı sürüşüb, suya yıxılıb və axın onu aparıb. Səkkiz gün sonra səhər saatlarında bir balıqçı Naramata bəndindən təxminən 3,3 km şimal-şərqdə, meşə yolunda oturan qadını görüb. Əraziyə gələn polis əməkdaşları ona ilkin tibbi yardım göstəriblər. pizza sifarişi
Qadın sağ ayağının daban sümüyünün sınması da daxil olmaqla ciddi xəsarətlər alıb. Məlum olub ki, o, xəsarətlərinə baxmayaraq, sudan çıxmağı bacarıb və yürüşə götürdüyü ərzaq ehtiyatı sayəsində bir həftədən çox meşədə sağ qala bilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir və o, həkim nəzarətindədir. Polis hadisənin təfərrüatlarını araşdırmağa davam edir./Oxu.az
Telegram kanalımız