Cəbhə xətti boyunca yerləşən rayonların enerji təminatı yaxşılaşdırılır

saytların hazırlanması

Evə çatdırılma

Cəbhə xətti boyunca yerləşən rayonların enerji təminatı yaxşılaşdırılır

İqtisadiyyat

01 Oktyabr 2020 13:24 945


“Azərişıq” ASC sədri Vüqar Əhmədov və “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev cəbhə xətti boyunca yerləşən rayonlara səfər ediblər.

Yenisabah.az-ın məlumatına görə, onlar vəziyyətlə yerindəcə tanış olublar, icra orqanlarının rəhbərləri və “Azərişıq” ASC-nin yerli şəbəkələrinin rəhbərləri ilə görüşüblər. 

Vüqar Əhmədov bildirib ki, yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı “Azərişıq” ASC əməkdaşlarının fədakar əməyi sayəsində uğurla icra olunur. Erməni silahlı qüvvələrinin kənd və yaşayış məntəqələrini atəşə tutması nəticəsində 250 dəfədən çox müxtəlif gərginlikli xətlər, həmçinin 30- dan çox transfarmator məntəqəsi vurulub. Bununla belə təmas xəttinə yaxın kəndlərdə 24 saat fasiləsiz xidmət göstərən “Azrişıq” ASC əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar. 

“Azərişıq” ASC səri onun da bildirib ki, ərazi bütövlüyü uğrunda aparılan müharibəyə indiyədək ASC-nin 300-dən çox əməkdaş könüllü olaraq ordu sıralarına qoşulub. 

Vüqar Əhmədov cəbhə xəttində yaradılmış Xüsusi Qəragahada  toplantı keçirib, cəbhə boyu rayonlara ehtiyat dayaqlar, naqillər, KTM və generetaorların çatdırılması ilə bağlı tapşırıqlarını verib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!